“Qafqazinfo” Daily Mail-ə istinadən xəbər verir ki, bloq yazarı həyat yoldaşı Rafida Əhməd ilə birlikdə paytaxt Dəkkədəki kitab yarmarkasına qatılıb. Yarmarkadan evə qayıdan cütlüyə hücum olunub, Rafida Əhməd ağır yaralanıb. Avijit Roy isə bıçaqla parça-parça edilib. Dəkkə polis şöbəsinin sədri Sirajul İslam açıqlamasında hadisəni radikal dindarlar tərəfindən törədildiyini, Royun ateist yönümlü yazılara görə bu cinayətin törədildiyini bildirib.
Qeyd edək ki, 2013-cü ildə yazar Ahmed Rajib Haydarə hücum edilmiş, onun ateist olduğu üçün öldürüldüyü bildirilmişdi.
Son xəbərlər
Son Xəbərlər