“Atəşgah” sığorta kasko məhsuluna əlavə yeni paketlər təqdim edir

atesgah-sigorta-kasko-mehsuluna-elave-yeni-paketler-teqdim-edir
Oxunma sayı: 859

Hər zaman müştərilərini yeni məhsul təklifləri ilə sevindirən “Atəşgah” Sığorta Şirkəti bu dəfə də avtomobillərin Kasko sığortası üzrə yeni paketləri müştərilərin ixtiyarına verib. Belə ki, hər bir müştəri KASKO məhsulu əldə etdiyi zaman Silver, Gold və Platinum paketlərindən birini seçərək müvafiq paketə daxil olan əlavə xidmət və güzəştlərdən yararlana bilər. 

Əlavə xidmət və güzəştlərə  daxildir:

Silver Paket

- Hadisə yerindən evakuator xidməti

- Hadisə yerindən taksi xidməti

- Şəxsi menecer

- Ev heyvanlarına dəyən zərər

- Sənədlərin toplanması

Gold Paket

- Hadisə yerində evakuator xidməti

- Hadisə yerində taksi xidməti

- Şəxsi menecer

- Ev heyvanlarına dəyən zərər

- Sənədlərin toplanması

- Tənzimləmə müddətində taksi xidməti

- Avtoambulans və evakuasiya xidməti

Platinum Paket

- Hadisə yerində evakuator xidməti

- Hadisə yerində taksi xidməti

- Şəxsi menecer

- Ev heyvanlarına dəyən zərər

- Sənədlərin toplanması

- Tənzimləmə müddətində taksi xidməti

- Avtoambulans və evakuasiya xidməti

- Tənzimlənmə müddətində avtomobil icarəsi (Rentacar).

Qeyd edilib ki, “Atəşgah” Sığorta Şirkəti Gold və Platinum paketlərinə “Avtoambulans” xidmətini daxil etməklə yenə də bir ilkə imza atıb. Bu xidmət  avtomobilin nasazlığını yerindəcə aradan qaldırmaq məqsədi daşıyır və sürücülərin yolda daha az vaxt sərf etmələrinə, həmçinin qısa müddət ərzində yardım ala bilmələrinə imkan yaradır. Kasko məhsulu haqqında daha ətraflı məlumat və ya sığorta məhsulunu əldə etmək istəyən şəxslər “940” nömrəsi ilə əlaqə saxlaya bilərlər. 

Azərbaycan sığorta bazarının liderlərindən biri olan “Atəşgah” Sığorta Şirkəti etibarlılığın, sabitliyin və biznesdə şəffaflığın bir nümunəsi olaraq 28 ildən artıqdır ki, keyfiyyətli sığorta xidmətləri göstərməklə müştərilərin və tərəfdaşların etibarını və hörmətini qazanıb. “Atəşgah” Sığorta Şirkəti müştərilərinə daha maraqlı və cəlbedici təkliflər etməyi davam etdirəcək.