“Atəşgah” sığorta şirkətinin İdarə Heyətinə yeni üzv təyin olunub

atesgah-sigorta-sirketinin-idare-heyetine-yeni-uzv-teyin-olunub
Oxunma sayı: 3258

Ölkənin aparıcı sığorta şirkətlərindən biri olan “Atəşgah” sığorta şirkətinin İdarə Heyətinə yeni üzv seçilib. Belə ki, Direktorlar Şurasının qərarına əsasən Rüfət Ağazadə “Atəşgah” SŞ-nin İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilib.       

Qeyd edək ki, Rüfət Ağazadə Atəşgah sığorta şirkətində peşəkar fəaliyyətinə 2010-cu ildən mütəxəssis kimi başlamış, daha sonra isə baş mütəxəssis, 2013-cü ildən şöbə müdiri, 2018-ci ildən idarə rəisi vəzifələrini layiqincə icra etmişdir.

Atəşgah sığorta şirkəti adından Rüfət Ağazadəyə yeni  peşəkar fəaliyyətində uğurlar arzu edirik!