“Atəşgah” sığortada 200 min dollarlıq yeyinti

atesgah-sigortada-200-min-dollarliq-yeyinti-
Oxunma sayı: 633

Şirkət əməkdaşlarının “Qafqazinfo”ya verdiyi məlumata görə, bu günlərdə aparılan yoxlamalar nəticəsində məlum olub ki, şirkətin bir neçə əməkdaşı səhlənkarlığa yol verdikləri üçün «Atəşgah»a 200 min dollardan çox ziyan dəyib. Belə ki, bəzi əməkdaşlar iş prosesində səhlənkarlığa yol verməklə yanaşı, həm də müştərilərlə əlbir olduqları üçün yeyinti hallarına yol veriblər. Araşdırmalar zamanı o da məlum olub ki, şirkətin yalnız bir əməkdaşının səhzi ucbatından «Atəşgah»a 140 min dollar ziyan dəyib. Belə ki, şirkət əməkdaşlarından biri sənədləşmə zamanı məsuliyyətsizlik edib və nəticədə müştəri 140 min dolları ələ keçirərək aradan çıxıb. Şirkət rəhbərliyi bu pulun məsuliyyətsizlik edən işçidən tələb etdikdə isə məsələyə polis müdaxilə edib və nəticədə pulu alan müştəri tapılıb. O isə hadisəni belə izah edib ki, sənədləşmə zamanı imza atmaq üçün «Atəşgah»a gələrkən yolda maşını saxlayıb mağazaya girib, geri qayıtdıqda isə pulların maşından oğurlandığını görüb. «Polisə niyə şikayət etmədin» sualına isə müştəri belə cavab verib ki, atasının onu döyəcəyindən qorxub. Hazırda «Atəşgah» sığorta şirkəti 140 min dolları həmin müştəridən almağa çalışır. Əks təqdirdə, bu pulu işində məsuliyyətsizliyə yol verən şirkət əməkdaşı ödəməli olacaq. Mənbə bildirir ki, şirkətdə aparılan yoxlamalar nəticəsində daha bir neçə işçinin bu cür səhlənkarlığa yol verdiyi üzə çıxıb: «Elə işçi var ki, 3-5 min dollar kəsiri var, gətirib pulu ödəyib, ərizə yazaraq işdən çıxırlar. Amma elələri də var ki, 10-15 min dollar borc yaranıb. Hazırda «Atəşgah» sığorta şirkəti məsələni həll etməyə çalışır».
Ruslan