“Atəşkəsdən 2 dəqiqə sonra Ermənistan təxribatlar törədib”

ateskesden-2-deqiqe-sonra-ermenistan-texribatlar-toredib
Oxunma sayı: 1339

“Humanitar atəşkəs elan olunandan 2 dəqiqə sonra Ermənistan silahlı qüvvələri tərəfindən təxribatlar törədilib”. 

“Qafqazinfo”nun verdiyi xəbərə görə, bunu Prezidentin köməkçisi Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib. 

O bildirib ki, Azərbaycan Silahlı Qüvvələri tərəfindən onların layiqli cavabları verilib: “Bunun nəticəsində də bizim bir sıra kəndlərimiz işğaldan azad edilib. Bu barədə Ali Baş Komandan da özünün tvitter hesabından xalqımıza xoş xəbəri çatdırıb. Hazırda ön cəbhədə vəziyyət gərgin olaraq qalır. Azərbaycan Silahlı Qüvvələri tərəfindən düşmənin təxribatlarına layiqli cavab verilir”. 

Murad Əhməd