Atəşkəsdən sonra döyüşlər daha da şiddətləndi- - Ukraynada

ateskesden-sonra-doyusler-daha-da-siddetlendi-
Oxunma sayı: 2004


“Qafqazinfo” gazeta.ru-ya istinadən xəbər verir ki, polis əməkdaşlarının verdiyi məlumata görə, atəşkəsdən sonra döyüşlər daha da şiddətlənib. 

Belə ki, Donetsk ətrafında minalar partladılıb. “Sağ sektor”un lideri Dmitri Yaroş isə müharibənin son anadək davam etdiriləcəyini elan edib. 

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının nümayəndəsi Vladislav Seleznyov isə statistik rəqəmlər açıqlayıb. Onun sözlərinə görə, Ukraynanın cənub-şərqində elan olunan atəşkəs rejiminin ilk 4 saatı ərzində separatçılar 6 dəfə razılaşmanı pozub.