“Qafqazinfo” xəbər verir ki, Dövlət Departamentinin mətbuat katibinin müavini Mari Harf deyib:
“İyulun 31-də qoşunların təmas xəttində zorakılığın genişlənməsi nəticəsində xeyli insan tələfatı baş verməsi ABŞ-ı narahat edib. Biz həlak olanların və yaralananların ailələrinə başsağlığı verir, tərəfləri gərginliyin azaldılması üçün təcili tədbirlər görməyə və atəşkəs rejiminə hörmət etməyə çağırırıq. Münaqişənin hərbi yolla həlli istisna edilməlidir. Qisasçılıq aktları və zorakılığın davam etdirilməsi münaqişənin dinc yolla tənzimlənməsini yalnız mürəkkəbləşdirər”.
Dövlət Departamentinin nümayəndəsi qeyd edib ki, ABŞ Ermənistan və Azərbaycan prezidentlərini mümkün qədər tezliklə görüşməyə və əsas məsələlərə dair dialoqu bərpa etməyə çağırıb.
M.Harf sonda deyib: "Biz tərəfləri ATƏT-in sədrinin dəvətini qəbul etməyə və sülh müqaviləsi bağlanmasına gətirib çıxara biləcək danışıqlara başlamağa çağırırıq. Biz Minsk prosesinin tərəfdarıyıq və tənzimləmə səylərinə kömək etməyə hazırıq".
Son xəbərlər
Son Xəbərlər