Atəşkəsin ikinci mərhələsi üzrə danışıqlara başlandı

ateskesin-ikinci-merhelesi-uzre-danisiqlara-baslandi
Oxunma sayı: 1133

Qəzza zolağında atəşkəs razılaşmasının ikinci mərhələsi üzrə danışıqlara başlanılıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə HƏMAS hərəkatının nümayəndəsi Abdel Lətif əl-Kanua məlumat verib.

“İkinci mərhələ üzrə təmaslar və danışıqlar başlayıb”, - Əl-Kanua bildirib.

Qeyd edək ki, yanvarın 19-dan Qəzza zolağında İsrail və HƏMAS arasında fələstinli məhbusların müqabilində israilli girovların azad edilməsinə dair razılaşma çərçivəsində əldə olunmuş atəşkəs rejimi qüvvədədir.