ATƏT Azərbaycan və Ermənistan liderlərinin görüşünü alqışladı

atet-azerbaycan-ve-ermenistan-liderlerinin-gorusunu-alqisladi
Oxunma sayı: 987

Polşanın ATƏT yanında Daimi Nümayəndəliyi  Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi Azərbaycan və Ermənistan liderlərinin görüşü barədə bəyanat yayıb.

“Qafqazinfo”nun xəbərinə görə, məlumat qurumun Tviter səhifəsində yayımlanıb.

Bildirilib ki, nümayəndəlik Azərbaycan və Ermənistan tərəfinin mümkün sülh razılaşması istiqamətində prosesin başlamasını alqışlayır və Cənubi Qafqazda sabit və dinc mühitin təmin edilməsi üçün bütün səylərdə kömək etməyə hazırdır.