“ATƏT-dən alınaraq BMT Təhlükəsizlik Şurasına həvalə olunsun” – Partiya sədri

atet-den-alinaraq-bmt-tehlukesizlik-surasina-hevale-olunsun-partiya-sedri-
Oxunma sayı: 635

O söyləyib ki, ATƏT-in qəbul etdiyi qərarlar hüquqi xarakter daşımadığı üçün dövlətlər üçün hər hansı öhdəlik yaratmır, əksinə, tövsiyə xarakteri daşıyır. Tövsiyəni Ermənistan tərəfi qəbul etmir.
İ. İsmayılov deyib: “Ermənilər qondarma erməni soyqırımı kimi yalanı dünyaya qəbul etdirmək istəyirlər. Beləliklə, Ermənistan dünyada və regionda Azərbaycan və Türkiyə üçün böyük təhlükə mənbəyinə çevrilib. Odur ki, işğal altında saxlanılan torpaqları Azərbaycan xalqı və dövləti özü azad etməlidir. Mən təklif vermişəm ki, Minsk qrupunun həyata keçirdiyi həmsədrlik missiyası ATƏT-dən alınaraq BMT Təhlükəsizlik Şurasına həvalə olunsun. Çünki ATƏT-in Minsk qrupu bundan sonra 100 ildə çalışsa belə, yenə də Ermənistan tərəfi onların tövsiyəsini qəbul etməyəcək. İşğalçı Ermənistana təzyiq olunmalıdır və bunu beynəlxalq hüquq tələb edir”.