ATƏT-dən sərhəddəki vəziyyətlə bağlı - Açıqlama

atet-den-serheddeki-veziyyetle-bagli
Oxunma sayı: 2581

“Ermənistan-Azərbaycan sərhədində baş verən hadisələr barədə məlumatlardan narahatıq”.

“Qafqazinfo” xəbər verir ki, bunu öz tvitter hesabında ATƏT-in hazırkı sədri, İsveçin xarici işlər naziri Ann Linde yazıb.

O bildirib ki, bütün həll edilməmiş məsələlər sülh və danışıqlar yolu ilə həll olunmalıdır:

“ATƏT dialoq üçün əlverişli mühit yaratmaqla bağlı tədbirlərinə kömək etməyə və həyata keçirməyə hazırdır”.