ATƏT-ə sədrlik İsveçdən Polşaya keçdi

atet-e-sedrlik-isvecden-polsaya-kecdi
Oxunma sayı: 866

ATƏT-in Nazirlər Şurasının Stokholmda keçirilən 28-ci iclası bu gün işini başa çatdırıb.

“Qafqazinfo” xəbər verir ki, bununla da ATƏT-ə sədrlik İsveçdən Polşaya keçib.

İclasdan sonra baş tutan görüşdə ATƏT-in fəaliyyətdə olan sədri, İsveçin xarici işlər naziri Ann Linde təşkilata sədrliyi Polşanın xarici işlər naziri Zbigne Rauya təhvil verib.

Zbigne Rau ölkəsinin ATƏT-ə sədrliyi dövründə realistik yanaşma və əməkdaşlıq, ətraf mühit və təhlükəsizlik məsələlərinin diqqətdə saxlanılacağını, mövcud problemlərin həllinə çalışacağını bildirib.