“Qafqazinfo” xəbər verir ki, görüşdə ATƏT ilə Azərbaycan arasında əməkdaşlıq məsələləri, ATƏT-in Bakıda layihə əlaqələndirici ofisinin fəaliyyətinin təşkili məsələləri müzakirə edilib.
Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqlar barədə məlumat verib.
Lamberto Zannier son günlər cəbhə bölgəsində atəşgəsin pozulmasından narahatlığını bildirib.
Nazir Elmar Məmmədyarov münaqişənin həlli üçün ilk növbədə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasının zəruriliyini vurğulayıb.