ATƏT-in Minsk qrupu birgə bəyanat yaydı - Təklif verdilər

atet-in-minsk-qrupu-birge-beyanat-yaydi
Oxunma sayı: 1306

ATƏT-in Minsk qrupu həmsədrləri - İqor Popov, Ceyms Uorlik və Pyer Andryu birgə bəyanatla çıxış ediblər.

Qafqazinfo” xəbər verir ki, həmsədrlər Azərbaycan və Ermənistan XİN rəhbərləri Elmar Məmmədyarov və Edvard Nalbandyana Qarabağda baş verən insidentləri araşdırma mexanizminə dair təklif təqdim ediblər.

Bəyanatda deyilir ki, hər iki ölkə naziri Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizama salınmasına sadiqdirlər.

Qeyd edək ki, Məmmədyarovla görüş mayın 31-i Brüsseldə, Nalbandyanla görüş isə iyunun 2-i Parisdə baş tutmuşdu.