ATƏT-in Minsk qrupu buraxıla bilər

atet-in-minsk-qrupu-buraxila-biler
Oxunma sayı: 4326

“ATƏT-in Minsk qrupu Ermənistanla Azərbaycan arasında sülh sazişi imzalandıqdan sonra buraxıla bilər”.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan bildirib.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev TÜRKPA-ya üzv ölkələrin parlament sədrləri ilə keçirilən görüşdə rəsmi Bakının İrəvana ATƏT-in Minsk qrupunun ləğv edilməsi ilə bağlı təklif etdiyini bildirib:

“Minsk qrupuna heç bir ehtiyac yoxdur, o, indi fəaliyyət göstərmir”.