ATƏT-in Minsk Qrupu təcili toplanır

atet-in-minsk-qrupu-tecili-toplanir
Oxunma sayı: 2808

ATƏT-in Minsk Qrupu gələn həftə Vyanada toplanır.

“Qafqazinfo”nun məlumatına görə, bu barədə RİA Novosti Agentliyi məlumat yayıb. Görüşdə Dağlıq Qarabağ istiqamətində vəziyyətin kəskin gərginləşməsi müzakirə ediləcək.

Agentlik qeyd edir ki, məsləhətləşmələr çərçivəsində Dağlıq Qarabağ üzrə həmsədr ölkələr “üçlüyü” (Rusiya, ABŞ, Fransa) görüşəcək.

Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyi ötən gecə cəbhədə baş verən atışma ilə bağlı açıqlama yayıb. Açıqlamada bildirilir ki, aprelin 2-nə keçən gecə cəbhəboyu mövqelərimiz iriçaplı silahlar, minaatanlar, qumbaraatan və artilleriya qurğularından intensiv atəşə tutulub.