ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri dəyişdi

ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri dəyişdi
Oxunma sayı: 1529

ABŞ Dövlət Departamentinin Qafqaz Məsələləri və Regional Münaqişələr Bürosunun direktoru Laura Okla ATƏT-in Minsk Qrupunun yeni həmsədri olub.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, o, bu postda 2017-ci ilin avqustundan həmsədr vəzifəsini yerinə yetirən Endryu Şoferi əvəz edib. 

Okla 2022-ci ildən Dövlət Departamentində Qafqaz İşləri və Regional Münaqişələr İdarəsinin direktorudur. Keçmişdə o, ABŞ Təhlükəsizlik Şurasında Avropa məsələləri üzrə direktor vəzifəsində çalışıb.

Okla həmçinin ABŞ-ın İspaniyadakı səfirliyində İqtisadiyyat üzrə müşavir müavini və ABŞ-ın Tbilisidəki səfirliyində daxili siyasət şöbəsinin müdiri vəzifələrində çalışıb.