Bunu jurnalistlərə açıqlamasında Milli Məclisin Siyasi Məsələlər və Təhlükəsizlik Komitəsinin sədr müavini Azay Quliyev deyib. O, qeyd edib ki. Rəsmi bakının razılığı olmadan hər hansı bir ölkədə referendum keçirilə bilməz: “ATƏT-in Kopenhagendə keçirilən konfrasında mən təkilf etmişdimkimünaqişlərin həlli məsləsində dövlətlərin ərazi bütövlüyü məsləsi nəzərə alınsın. Bu çox mühüm məsələdir. Bu gün bir çox ölklər qondarma referendum yolu ilə başqa ölkələrin ərazilərini rəsmiləşdirməyə çalışırlar. Biz və Ukrayna da bu halla rastlaşıb. Bizim təkilf ondan ibarət olub ki, bu referendumlar həmin ölkələrin qanunlarına və beynəlxalq hüquqa əsasən keçirilməlidir. Əgər rəsmi Bakının razılığı olnadan hər hansı bir ölkədə referendum keçirilə bilməz. Bu məsələ ATƏT Panın gündəliyinə salınıb. Yəqin ki Bakı deklorasiyasında öz əksini tapacaq. Helsinki yekun aktının sənədlərində birinci növbədə dövlətlərin ərazi bötövlüyü və torpaqların bölünməməzliyi prinsipi qeyd olunub. Orad xalqların öz müqəddaratını təyin etmə prisipi də var. Ermənilər bu prisipi yalnış olaraq şərh edirlər.Onların şəhrindən belə başa düşmək olur ki, öz müqəddaratını təyin etmə prisipi ölkə daxilində yeni dövlət yartamaq deməkdir. Bu tam yanlışdır.
Helsinki yekun aktında bu barədə heç nə qeyd olunmayıb. Ermənistan və erməni xalqı btüvlükdə öz müqəddəratlarını təyin ediblər. Baxamayaraq ki, onlar bizim ərazimizdə Ermənistan dövləti yaradıblar. Dağlıq Qarbağda yaşayan az saylı ermənilərə yalnız Azərbaycanın ərazi bütövlüyü cərçivəsində müqəddəratı təyin etmə hüququ verilə bilər. Bu məslədən bir çox eməni siyasətçiləri sui-istifadə edirlər.
Son xəbərlər
Son Xəbərlər