ATƏT PA-nın prezidenti Azərbaycana gəlir

atet-pa-nin-prezidenti-azerbaycana-gelir
Oxunma sayı: 1220

Yanvarın 24-25-də ATƏT Parlament Assambleyasının prezidenti İlkka Kanerva Azərbaycana səfər edəcək.

“Qafqazinfo”nun Trend-ə istinadən məlumatına görə, bu barədə jurnalistlərə Milli Məclisin vitse-spikeri Bahar Muradova deyib.

B.Muradova bildirib ki, İ.Kanerva səfəri çərçivəsində Azərbaycan Parlamentdə və digər rəsmi orqanlarda yüksək səviyyəli görüşlər keçirəcək: "Bu, Azərbaycana Dağlıq Qarabağ münaqişəsinin həlli və digər məsələlərlə bağlı mövqeyini çatdırması üçün gözəl imkan verəcək".