ATƏT PA Rusiyanı terrorizmin sponsoru kimi tanıdı

atet-pa-rusiyani-terrorizmin-sponsoru-kimi-tanidi
Oxunma sayı: 990

ATƏT Parlament Assambleyası Rusiyanı terrorizmə sponsorluq edən dövlət kimi tanıyıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ukraynanın “Xalqın xidmətçisi” parlament fraksiyasının sədr müavini Yevgeniya Kravçuk feysbuk hesabında yazıb.

O bildirib ki, ATƏT PA “Vaqner” Xüsusi Hərbi Şirkətini isə terror təşkilatı kimi tanıyıb:

 “Rusiya hökuməti adından “Vaqner” Xüsusi Hərbi Şirkətinin hərəkətləri haqlı olaraq terror təşkilatı kimi səciyyələndirilib. İlk dəfədir ki, belə bir ifadə beynəlxalq təşkilatın rəsmi sənədində öz əksini tapıb”.