“ATƏT regional əməkdaşlığa töhfə verməyə hazırdır”

atet-regional-emekdasliga-tohfe-vermeye-hazirdir
Oxunma sayı: 704

“Üç ölkə müvafiq razılığa gələrsə, ATƏT Azərbaycan, Gürcüstan və Ermənistan arasında regional əməkdaşlığa töhfə verməyə hazırdır”.

“Qafqazinfo” xəbər verir ki, bunu ATƏT-in fəaliyyətdə olan sədri, İsveçin xarici işlər naziri Ann Linde Stokholmda ATƏT-in xarici işlər nazirlərinin iclasında çıxışı zamanı söyləyib.

“Mən, həmçinin hesab edirəm ki, Azərbaycan, Gürcüstan və Ermənistan arasında regional əməkdaşlıq qarşılıqlı faydalı ola bilər”, - deyə Linde vurğulayıb.