ATƏT-in fəaliyyətdə olan sədri, Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer iyunun 30-da Bakıya səfər edəcək.
“Qafqazinfo” xəbər verir ki, bunu Trend-ə diplomatik mənbələrdən deyiblər.
ATƏT sədri səfəri zamanı ölkənin yüksək vəzifəli şəxsləri ilə görüşəcək, Dağlıq Qarabağ münaqişəsi və ikitərəfli əlaqələri müzakirə edəcək.
Onun Gürcüstan və Ermənistana da səfəri gözlənilir.
Son xəbərlər
Son Xəbərlər