“ATƏT sədri indi qətiyyət nümayiş etdirməlidir”

atet-sedri-indi-qetiyyet-numayis-etdirmelidir
Oxunma sayı: 1179

Millət vəkili Azay Quliyev dünəndən cəbhə bölgəsində yaranan gərginliklə bağlı fikirlərini bölüşüb.

“Qafqazinfo” xəbər verir ki, Almaniyanın xarici işlər naziri, hazırda ATƏT-ə sədrlik edən Frank Ştaynmayerin bu məsələdə qətiyyət nümayiş etdirməli olduğunu qeyd edib:

“Frank Ştaynmayer təmas xəttində atəşkəsin pozulması ilə əlaqədar verdiyi bəyanat qənaətbəxş sayıla bilməz.

Nazir tərəfləri atəşkəsə əməl etməyə və Minsk qrupu çərçivəsində danışıqları davam etdirməyə çağırmaqla öz işini yekunlaşdırmamalıdır. ATƏT sədri indi qətiyyət nümayiş etdirməli və Ermənistanı işğal etdiyi Azərbaycanın ərazilərindən çıxmağa çağırmalıdır.

Cənab Ştaynmayer üçün ATƏT-in Minsk Konfransını təcili çağırmaq və problemin həlli istiqamətində bütün səyləri birləşdirmək üçün ciddi əsas yaranıbdır. ATƏT sədri cəbhə bölgəsindəki gərgin vəziyyəti, Ermənistanın törətdiyi təxribatı və hadisələrin sonrakı gedişatını düzgün qiymətləndirməli və adekvat addımlar atmağı bacarmalıdır.

Bugünkü hadisə bir daha onu sübut etdi ki, Azərbaycan xalqı və ordusu torpaqlarının işğalda qalması ilə heç zaman barışmayacaq və ərazilərimiz gec-tez düşmən tapdağından azad olacaq. Bu reallığı ATƏT-də, Ermənistan da tam olaraq dərk etməlidir”.