ATƏT sədri Yerevanda Əliyev-Paşinyan görüşünü şərh etdi

atet-sedri-yerevanda-eliyev-pasinyan-gorusunu-serh-etdi
Oxunma sayı: 852

“Son vaxtlar Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyan arasında baş tutan görüşlər çox vacibdir. Onların əhəmiyyətini dəyərləndirməmək mümkün deyil”. “Qafqazinfo” xəbər verir ki, bu barədə Dağlıq Qarabağ münaqişəsinin həlli yollarını müzakirə etmək üçün Yerevanda səfərdə olan ATƏT sədri, Slovakiyanın Xarici işlər naziri Miroslav Layçak bildirib. 

“Mən Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair öhdəliyi təsdiqləmək üçün buradayam. ATƏT-ə sədrliyimiz xalqların mənafelərinin qorunmasına yönəlib. Biz bu bölgədə yaşayan insanlar üçün ən təhlükəsiz gələcəyi qurmaq istəyirik. Sədrliyimizin regiondakı münaqişələrin həlli qərarına kömək etməsini istəyirik. Münaqişə zonasında ölüm hallarının azalması hallarını alqışlayırıq. 

Hesab edirəm ki, əhalini sülh prosesinə hazırlamaq lazımdır. Bu mənada əminəm ki, Azərbaycan Prezidenti ilə Ermənistanın baş naziri arasında bir neçə görüşün əhəmiyyəti qiymətləndirilməlidir. 

Başa düşürəm, münaqişə hələ həll edilməyib. Lakin əminəm ki, bu yolda atılan hər bir addım problemin həllinə gətirib çıxaracaq. Hər bir müsbət danışıq prosesi təmas xəttində sabitliyi daha da gücləndirəcək”, - deyə XİN rəhbəri söyləyib.