ATƏT sədrinin Ermənistana səfəri başlayır

atet-sedrinin-ermenistana-seferi-baslayir
Oxunma sayı: 706

ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın xarici işlər naziri Miroslav Layçak 12-13 mart tarixlərində Yerevana səfər edəcək.

“Qafqazinfo”nun “news.am” saytına istinadən verdiyi xəbərə görə, o, səfər çərçivəsində Ermənistan prezidenti Armen Sarkisyan, baş nazir Nikol Paşinyan, parlamentin sədri Ararat Mirzoyan və XİN rəhbəri Zohrab Mnatsakanyanla görüşəcək.

Xatırladaq ki, Miroslav Layçak martın 5-də Bakıya səfər edərək Azərbaycan Prezidenti İlham Əliyevlə danışıqlar aparmışdı.