Atıcılarımız uduzdu

aticilarimiz-uduzdu
Oxunma sayı: 738


Tapançadan atəş açmaqda İradə Aşumova ilə Ruslan Lunyov qüvvəsini sınayıb. İdmançılarımız 473 xal toplayaraq, təsnifat mərhələsini 17 komanda arasında 10-cu yeri tutub. Komandamızın aktivinə Lunyov 240, Aşumova 233 xal yazdırıb. Bu nəticə isə təmsilçilərimiz yarımfinala yüksəlməsi üçün kifayət etməyib. 

Dairəvi stenddə Emin Cəfərovla Nurlana Cəfərova hədəf önünə keçib. Onlar 87 xal toplayaraq, 11 komanda arasında sonuncu olub. Avropa Oyunlarındakı son çıxışında Emin 44, Nurlana isə 43 xal yığıb. Bununla da təmsilçilərimiz yarımfinala vəsiqə qazanmayıb.

Elsevər