Atılan raketlərə görə Şarl Mişellə Şmıqal sığınacaqda görüşdü

atilan-raketlere-gore-sarl-miselle-smiqal-siginacaqda-gorusdu
Oxunma sayı: 3011

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə Ukrayna Baş naziri Denis Şmıqalın görüşü bomba sığınacağında baş tutub.

“Qafqazinfo” xəbər verir ki, buna səbəb hava hücumu xəbərdarlığı və odessaya raket zərbələri endirilməsi olub. Bu barədə Şmıqal tviter səhifəsində yazıb:

“Bu gün hava hücumu xəbərdarlığı və Odessa yaxınlığında atılan raketlərlə görüşümüz kəsildi.Müzakirələrimizi bomba sığınacağında davam etdirdik: Rusiyanı necə dayandırmaq və Ukraynanı yenidən qurmaqla bağlı müzakirə apardıq. Ukraynanın əsl dostunun ziyarətinə görə minnətdarıq”.

Xəbəri rus dilində oxuyun: Ужасающие факты о Шушинской тюрьме в фильме AzTV "Пусть наступит утро" - Видео

Бонни и Клайд появились на концерте в честь Дня победы - Фотофакт