“FETÖ-nünü media təşkilatlanması”nda ittiham olunan müğənni Atilla Taş yenidən azadlığa çıxıb.
“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, “təşkilata bilərək və istəyərək yardım etmə” cinayətindən 3 il 1 ay 15 gün həbs cəzası alan ifaçı sınaq müddətində şərti cəza qərarı ilə sərbəst buraxılıb.
Xatırladaq ki, Taş 2016-cı ildə həbs edilib, 2018-ci ildə sərbəst buraxılmışdı. Ancaq elə həmin ilin noyabrında isə yenidən tutulmuşdu.
Son xəbərlər
Son Xəbərlər