“Atışmada 40-a yaxın erməni öldürülüb”- - Hərbçilər

atismada-40-a-yaxin-ermeni-oldurulub-
Oxunma sayı: 6133


“Qafqazinfo” apa-ya istinadən xəbər verir ki, avqustun 1-dən 2-nə keçən gecə cəbhənin Tərtər istiqamətində Azərbaycan və erməni silahlı bölmələri arasında baş vermiş şiddətli toqquşmanın təfərrüatları bəlli olub.

Ərazinin müdafiəsinə cavabdeh olan hərbçilərin verdikləri məlumata görə, avqustun 2-nə keçən gecə Azərbaycan hərbçilərinin Tərtər rayonunun Seysulan kəndi istiqamətində həyata keçirdikləri preventiv tədbirlər nəticəsində ərazidə diversiya-təxribat törətməyə hazırlaşan erməni bölmələri məhv edilib.

Belə ki, Azərbaycan hərbçiləri erməni silahlı bölmələrinin Seysulan istiqamətində - səngərdən bir qədər kənarda düşərgə saldıqlarını aşkarlayıblar.

Düşərgəni aşkarlayan hərbçilərimiz qəfil hücuma keçərək, erməni xüsusi təyinatlılarının düşərgədəki 5 çadırını və nəqliyyat vasitələrini məhv ediblər. Atışmada düşmənin ümumilikdə 40 nəfərə yaxın itki verdiyi bildirilir. Döyüşdə Azərbaycan Silahlı Qüvvələri də 3 şəhid verib.

Hərbçilərin sözlərinə görə, ermənilər hazırda həmin istiqamətə aparan bütün yolları bağlayıblar. Cəbhəyanı erməni kəndlərində təşviş müşahidə olunur.