Xətai rayonu Əhmədli qəsəbəsində hipermarketdəki silahlı insident zamanı yaralananların vəziyyəti açıqlanıb.
TƏBİB-dən “Qafqazinfo”ya verilən məlumata görə, hadisə nəticəsində yaralanan iki nəfər Sabunçu Tibb Mərkəzinə yerləşdirilib:
“Bakıda hipermarketlərin birində baş verən baş verən hadisə ilə əlaqədar TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 12:21 radələrində çağırış daxil olub.
İnsident nəticəsində xəsarət alan 2 nəfər TƏBİB-in tabeliyindəki Sabunçu Tibb Mərkəzinə təxliyə edilib. Hazırda onlara zəruri tibbi xidmət göstərilir. 1 nəfər hadisə yerində dünyasını dəyişib”.
Son xəbərlər
Son Xəbərlər