“Atiye- 2”də nələr olacaq?

“Atiye- 2”də nələr olacaq?
Oxunma sayı: 1714

Dünyada milyonlarla abunəçisi olan məşhur “Netflix” platforması “Atiye- 2” ( The Gift) serialının çəkilişlərinə hazırlaşır.

“Qafqazinfo” xəbər verir ki, birinci sezonu ötən ilin dekabrında yayımlanan 8 bölümlük ekran işi həm media, həm də sosial şəbəkələrin diqqətini çəkib. Həmçinin, ekran işi Türkiyədə səs-küyə səbəb olan ən yaxşı seriallar sırasında birinci olub.

Reytinq nəticələri yüksək olduğu üçün layihənin növbəti dəfə yayımlanması barədə qərar verilib. Rəsmi açıqlama olmasa da, “Netflix” ikinci sezonu bu ilin sonunda tamaşaçıların ixtiyarına verəcək. Serialın ikinci hissəsinin də 8 bölümdən ibarət olacaq.

Bundan əlavə, Şengül Boybaşın “Dünyanın oyanışı” romanından təsirlənərək ərsəyə gələn ekran işinin ssenarisində dəyişiklik olunub. Bu, baş qəhrəman Beren Saatın istəyi ilə reallaşıb. Artıq ssenaristlər tələbi diqqətə alaraq layihə üzərində çalışmağa başlayıblar.

Hadisələr birinci sezonda olduğu kimi Adıyaman və Göbeklitepe ərazisində cərəyan edəcək. Layihənin aktyor heyətində heç bir dəyişiklik olmayıb. Mehmet Günsür, Metin Akdülger və Melisa Şenolsun “Atiye 2”də yer alacaq.





Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi