“Atletik” “Real”ı da kubokdan uzaqlaşdırdı - Video

atletik-reali-da-kubokdan-uzaqlasdirdi
Oxunma sayı: 2911

İspaniya Kubokunun 1/4 final matçında “Atletik” doğma azarkeşləri önündə “Real”ı qəbul edib.

“Qafqazinfo” xəbər verir ki, qarşılaşma Bilbao təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

“Atletik”ə qələbə qazandıran yeganə qola 89-cu dəqiqədə Alexandro Berenqer imza atıb. 

Qeyd edək ki, Bilbao təmsilçisi bundan əvvəl “Barselona”nı da kubokdan uzaqlaşdırmışdı.