“Qafqazinfo” xəbər verir ki, “Atletik”Bilbao rəqibi üzərində 3-1 hesablı qələbə əldə edərək Çempionlar Liqasının qrup mərhələsinə adlayıb. 47-ci dəqiqədə “Napoli”nin futbolçusu Marek Hamşik hesabı açsa da, daha sonra Ariz Adurizin dublu və İbai Qomezin qolu “Atletik Bilbao”ya növbəti mərhələni gətirib.
Qeyd edək ki, bu cütlüyün ilk oyunu 1-1 hesablı bərabərliklə başa çatıb.
İqbal
Son xəbərlər
Son Xəbərlər