UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində baş tutacaq “Atletiko” (Madrid) – “Çelsi” matçının məkanı dəyişdirilib.
“Qafqazinfo” xəbər verir ki, qarşılaşma əvvəlcədən nəzərdə tutulduğu kimi “Stadio Metropolitano”dan yox, Buxarestdə oynanılacaq.
Səbəb isə ingilislərin koronavirus səbəbindən İspaniyaya gedə bilməməsidir. Qarşılaşma fevralın 23-də keçiriləcək.
Son xəbərlər
Son Xəbərlər