“Qafqazinfo” xəbər verir ki, “Barselona” ilə La Liqanın son turdakı oyununda zədələnərək ,göz yaşları içərisində meydançanı tərk edən Kosta böyük ehtimalla Çempionlar Liqasının finalında iştirak edə bilməyəcək. “Atletiko”Madrid klubu rəsmi olaraq futbolçusunun nə vaxt zədəsini sağaldacağı barədə məlumat verməyib. Lakin “Barsa” ilə oyun zamanı əzələsini dartan Diyeqonun ən az iki həftə futbol oynaya bilməyəcəyi güman edilir.
Xatırladaq ki, Çempionlar Liqasının final görüşü mayın 24-də Lissabon şəhərində keçiriləcək.
İqbal
Son xəbərlər
Son Xəbərlər