“Atletiko”dan “Barselona” üzərində əzmkar qələbə - Video

atletikodan-barselona-uzerinde-ezmkar-qelebe
Oxunma sayı: 2799

Səudiyyə Ərəbistanında İspaniya Super Kubokunun növbəti yarımfinal oyunu keçirilib.

"Qafqazinfo" xəbər verir ki, ikinci yarımfinal matçında "Barselona" və "Atletiko" komandaları qarşılaşıb. 3:2 hesabı ilə qalib gələn madridlilər finala vəsiqə qazanıb.

Qeyd edək ki, yanvarın 12-də keçiriləcək final matçında "Atletiko"nun rəqibi "Real" olacaq.

"Barselona" - "Atletiko" - 2:3

Qollar: Lionel Messi, 51, Antuan Qrizmann, 62 - Koke, 46, Alvaro Morata, 81 (pen.), Anxel Korrea, 86