“Atletiko”dan maraqlı Novruz təbriki- - Video

atletikodan-maraqli-novruz-tebriki-
Oxunma sayı: 1986


“Qafqazinfo” “Axar.az” istinadən xəbər verir ki, Azərbaycanın xaricdə apardığı diaspora fəaliyyətinə futbol sahəsində dəstək verən “Bakı” Futbol Klubunun prezidenti Hafiz Məmmədovun səhmlərinə ortaq olduğu İspaniyanın "Atletiko Madrid" futbol klubunun oyunçuları Azərbaycan xalqını təbrik edib.
 
Belə ki, bir neçə oyunçu  “Land of Fire Azerbaijan” (Odlar Yurdu Azərbaycan)  yazılan "Atletiko"nun formasını əllərində tutaraq təbriklərini çatdırıblar.
 
Xatırladaq ki, Fransanın "Lans" klubu da Azərbaycan xalqını Novruz bayramı münasibətiylə təbrik etmişdi.
 
Bakı futbol klubunun saytına yerləşdirilən videonu təqdim edirik: