“Atletiko”dan Soma faciəsinə jest

atletikodan-soma-faciesine-jest
Oxunma sayı: 1740


ANS PRESS-in məlumatına görə, İspaniyanın "Atletiko Madrid" klubunun yarımmüdafiə oyunçusu Arda Turan da bugünkü məşqdə kədərli olması ilə diqqət çəkib. Komanda yoldaşları onu təsəlli etməyə çalışıblar. 

Klub Türkiyədəki kömür mədənində baş vermiş faciə ilə bağlı rəsmi saytında baş sağlığı da bildirib. Həmçinin, mayın 18-də keçiriləcək "Barselona" - "Atletiko Madrid" qarşılaşmasında madridlilərin "SOMA" yazılmış köynəklərdə meydana çıxacaqları deyilir. 

Qeyd edək ki, Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Taner Yıldız yerli Bakı vaxtıyla 00.00-da jurnalistlərə verdiyi açıqlamada ölü sayının 275 olduğunu bildirib.