“Atletiko”dən qol yağışı - Video

atletikoden-qol-yagisi
Oxunma sayı: 2212

Avropa Liqasında 1/8 final mərhələsinin cavab oyunları keçirilir.

“Qafqazinfo” xəbər verir ki, səfərdə Rusiyanın “Lokomotiv” klubu ilə qarşılaşan “Atletiko Madrid” darmadağınla qalib gəlib.

Öz meydanında 3:0 qələbə qazanmış İspaniya təmsilçisi, bu dəfə 5:1 hesablı darmadağına sevinib. Bununla da ¼ finala vəsiqə əldə edən ilk klub “Atletiko Madrid” olub.

“Lokomotiv” (Rusiya) - “Atletiko Madrid” (İspaniya) - 1:5

Qollar: Ribus, 20 - Korrea, 17, Saul, 47, Torres, 65 (pen.), 70, Qrizman, 85

İlk oyun: 0:3