“Atletiko”Madrid azarkeşlərinə bəd xəbər

atletikomadrid-azarkeslerine-bed-xeber
Oxunma sayı: 1153


“Qafqazinfo” xəbər verir ki, İspaniya Super kuboku uğrunda keçirilən ikinci matçda hakimə etiraz etdiyinə görə ehtiyat oyunçular skamyasında uzaqlaşdırılan və 4-cü hakimin başına vurduğu iddia edilən Simyoneyə  8 oyunluq cəza verilib. 

Simyone onu sakitləşdirməyə çalışan 4-cü hakimin iki dəfə başına vurub və baş hakimin qərarlarına etiraz edib. “Atletiko”nun baş məşqçisi isə bu cəzanı yersiz hesab edir: “Mən etdiyim hərəkətə görə hakimdən üzr istədim. Nəyəsə görə üzr istəmək yaxşı bir haldır. Çünki belə olanda öz səhvini başa düşmüş olursan. Ancaq bu cəza ilə razı deyiləm.”

 

İqbal