Atletimiz qızıl medal qazandı

atletimiz-qizil-medal-qazandi
Oxunma sayı: 1064


“Qafqazinfo” apasport.az-a istinadən bildirir ki, Koreya Respublikasının Kvancu şəhərində keçirilən yarışlarda təmsilçimiz kişilərin 5000 metr məsafəyə qaçış yarışında 13:44.28 dəqiqə göstərici ilə birinci olub. 

Yarışda 2-ci yeri mərakeşli Züheyr Təlbi (14.02,06), 3-cü yeri isə rusiyalı Rinas Axmadeyev (14.05,88 dəq.) tutub.

 Qeyd edək ki, Hayle Universiadaların rekordçusudu. O, 2013-cü ildə keçirilən yarışda məsafəni 13 dəqiqə 35,89 saniyəyə qət etmişdi.

 Yarışlara iyulun 14-də yekun vurulacaq.