“Qafqazinfo”nun “Apasport.az” saytına istinadən məlumatına görə, üç təkanla tullanmada ölkəmizi təmsil edən Nazim Babayev iki cəhdin yekununda 15.81 metr göstərməklə A qrupunu 1-ci yerdə başa vurub.
Bu nəticə ilə Nazim Babayev həm turnirin
rekordunu təzələyib, həm də yarışın final mərhələsinə vəsiqə qazanıb (rekord
15.55 metr olmaqla Bolqarıstan təmsilçisi Georgi Tsonova məxsus idi). 17 yaşı
tamam olmayan Nazim Babayev ilk mərhələdə Rusiya idmançısı Vitaliy Pavlov,
İspaniya atleti Alejandro Kedar, Ukrayna təmsilçisi Pavlo Beznitsi qabaqlayıb.
Üç təkanla tullanmada final mərhələsi sabah keçiriləcək. 12 idmançı Avropa
Təsnifat Turnirinin medalları ilə yanaşı, həm də avqustda Çində keçiriləcək
Yeniyetmələrin Olimpiya Oyunlarına lisenziya qazanmağa çalışacaq. İlk 7 yerin
sahibi lisenziya əldə edəcək.
Son xəbərlər
Son Xəbərlər