Atletlər kəndində sərgi zalı açılıb

atletler-kendinde-sergi-zali-acilib
Oxunma sayı: 1031


Muzeydən “Qafqazinfo”ya daxil olan xəbərdə bildirilir ki, burada Azərbaycanın xovlu  xalçaları: “Suraxanı” XIX əsrin sonu. Bakı qrupu;  “Pirəbədil” XX əsr. Quba qrupu;  “Qobustan” XX əsrin əvvəli. Şirvan;  “Ağaclı” XIX əsrin sonu. Təbriz;  “Bəhmənli” XX əsrin əvvəli. Qarabağ; “Çələbi”  XX əsrin əvvəli. Qarabağ;  “Çıraqlı” XX əsrin əvvəli. Gəncə;     

Qarabağın xovsuz xalçası  “Cecim”  və  müxtəlif bölgələrimizi əks etdirən  xalça məmulatları xurcun, heybə, məfrəş, yəhər üstü; misgərlik sənət nümunələrindən: şərbət qabı, aftafa-ləyən, sərpuş, məcməyi, satıl, dolça sərgilənir. Bu eksponatlarla yanaşı sərgidə 2014-cü ildə YUNESKO –nun Qeyri Maddi-mədəni İrs Reprezentativ Siyahısına daxil olmuş Azərbaycan kələğayısı, zərgərlik sənət nümunələrindən  “Boğazaltı” XIX əsr. Bakı; “Aynalı kəmər”, XIX əsr. Qarabağ; “Başlıq” XIX əsr. Qarabağ; “Silsilə”  XIX əsr. Bakı; “Sinəbənd” XIX əsr. Naxçıvan; toqqa XIX əsr. Qarabağ; “Cütgü qabağı”   XIX əsr. Bakı;   misgərlik  nümunələrindən qənddan, çıraq, qazan, kasa, manqal, dəbbə;    bədii tikmələrdən bığ bağı, daraq qabı, araqçın;  milli geyimlərdən küləçə kimi eksponatların və Nizaminin “Xəmsə” əsərinin  miniatürlərinin    foto-şəkilləri sərgilənir. Sərgidə həmçinin, qonaqların arzularına uyğun  milli geyimlərdə şəkillərinin çəkilməsi də nəzərdə tutulub.