Atletlərimiz medal üçün- - Yenilənir

atletlerimiz-medal-ucun-
Oxunma sayı: 1079


“Qafqazinfo” xəbər verir ki, Azərbaycanı bu yarışda 22 idmançı və 2 komanda təmsil edəcək. 

Valeriya Balyanina, Yelena Çebanu,  qadınlar arasında 100 metr məsafəyə yarışlarda finiş xəttinə çatmağa çalışacaq. 

Şəfa Məmmədova, Anastasiya Kamarova 400 metr məsafəyə qaçışda medalçılar sırasında düşməlidir.

Kamarova 800 metr məsafəyə yarışlarda da bacarığını göstərəcək.

İbrahimov Heyle və Veldu Desta 1500 metr məsafəyə qaçışda hamıdan birinci olmağa çalışacaq.

Birinci 5000 metr məsafəyə yarışda da qüvvəsini sınayacaq.

İbrahim Əhmədov 400 metr məsafəyə sədli qaçışda finiş xəttinə hamıdan tez çatmağa çalışacaq.

Tofiq Məmmədov nüvət itələmədə gücünü göstərəcək.

Dzmitri Marşin çəkic atma da medalçı olmaq niyyətindədir.

Murad İbadullayev, Nazim Babayev kişilər arasında uzunluğa tullanmada hamıdan birinci olmağa çalışacaq.

Yekatirina Sarıyeva üçtəkanla tullanmada yarışacaq.

 Yelena Qaldkeva şüvüllə tullanma yarışlarına qatılacaq.

Azər Əhmədov hündürlüyə tullanmada hamıdan birinci olmağa çalışacaq.

Bontu Meqersa qadınlar arasında 3000 metr məsafəyə  adi və maneəli qaçışlarda yarışacaq.

Çaltu Beji kişilər arasında 3000 metr məsafəyə qaçışda finiş xəttini medalçılar sırasında keçməyə çalışacaq.

Lidiya Salixova 400 metr sədli qaçışlara qatılacaq.

Hann Skidan diskatmada hamıdan hədəfə düşmək üçün gücünü sınayacaq.

İradə Əliyeva nizəatmada hamıdan güclü olmaq üçün yarışacaq.

Ryabxin Vadim, Kamran Əsgərov 100 metr məsafəli yarışlara qatılacaq.

Arif Abbasov isə 400 metrdə yarışacaq.

Azərbaycan komandası 4x100 metr məsafəyə qaçışada həm kişilər, həm qadınlar arasında medalçılar sırasına düşməyə çalışacaq.

Elsevər