ATMU-da seminar - Fotolar

atmu-da-seminar
Oxunma sayı: 1076

ATMU-da “Uğurlu otel idarəçiliyinin gizli tərəfləri” mövzusunda seminar keçirilib.

Nazirlikdən "Qafqazinfo"ya verilən məlumata görə, Azərbaycan Turizm və Menecment Universitetində müvafiq ixtisas üzrə təhsil alan tələbələr üçün “Uğurlu otel idarəçiliyinin gizli tərəfləri” mövzusunda seminar təşkil olunub.

Universitetin “Mehmanxana və restoran biznesi” kafedrasının müəllimi və eyni zamanda "Baku Young Skal" üzvlərindən İlkin Əhmədovun təşkilatçılığı ilə keçirilən seminarda “Divan Express Otel” in baş direktoru Murat Yıldızsafer iştirakçılar qarşısında qonaqpərvərlik və otel biznesi, müştəri əlaqələri, keyfiyyətli xidmət qaydaları, turizm agentlikləri və otellər, otel biznesi və dünyagörüşü, işçiyə verilən dəyər, xidmət və bəxşiş və s. mövzularda çıxış edib.