“Qafqazinfo”nun BBC Azərbaycanca-ya istinadən məlumatına görə, 9 avqust 1945-ci il atom bombası partlayışı qurbanlarının xatirəsinə həsr olunmuş anım mərasimilə Yaponiyanın Baş naziri Shinzo Abe iştirak edib.
Shinzo Abe çıxışında dünyada nüvə silahının qadağan olunmasına çağırış edib.
Bununla yanaşı mərasimdə çıxış edənlər baş nazirin Yaponiya hərbiyyəsinə qoyulmuş məhdudiyyətlərin zəiflədilməsinə dair planları tənqid ediblər.
Yaponiyada 70 il bundan əvvəl baş vermiş dəhşətli hadisənin xatirəsi 1 dəqiqəlik sükutla yad olunub.
1945-ci ilin avqustunda II Dünya müharibəsinin sonunda Hiroşima şəhərinə avqustun 6-da, Naqasaki şəhərinə isə avqustun 9-da ABŞ hərbi aviasiyası tərəfindən atom bombaları atılmışdı.
Atom partlayışları nəticəsində Yaponiyada 140 min nəfər həlak olmuşdu.
Bomabalar Yaponiyanın Hiroşima və Naqasaki şəhərlərinə ABŞ-ın B-29 bombardmançı təyyarəsindən atılmışdı.
Bazar günü Naqasaki şəhərində keçirilən anım mərasimində 75 ölkənin nümayəndə heyəti iştirak edib.
Son xəbərlər
Son Xəbərlər