ATV-nin aparıcısı KİVDF-nin yeni mətbuat katibi oldu

atv-nin-aparicisi-kivdf-nin-yeni-metbuat-katibi-oldu
Oxunma sayı: 2775

Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna (KİVDF) yeni mətbuat katibi təyin olunub.

“Qafqazinfo” xəbər verir ki, sözügedən vəzifəyə gənc jurnalist İlkin Nadirov gətirilib. Bu barədə onun özü sosial şəbəkədə məlumat yayıb.

Qeyd edək ki, İ. Nadirov daha öncə "Azad Azərbaycan" telekanalında redaktor vəzifəsində çalışıb.