ATV-nin canlı yayımında kobud səhv - “Torpaqlarımızı işğal edəcəyik” + Video

atv-nin-canli-yayiminda-kobud-sehv
Oxunma sayı: 5786

ATV-nin aparıcısı Lalə Azərtaş “ATV Səhər” proqramında 9 May Qələbə günü ilə bağlı danışarkən kobud səhvə yol verib.

“Qafqazinfo” xəbər verir ki, aparıcı “torpaqlarımızı azad edəcəyik” əvəzinə, “torpaqlarımızı işğal edəcəyik” ifadəsini işlədib:

“Gün gələcək, biz torpaqlarımızı işğal edəcəyik və həmin 20 faizi də... Ondan sonra əsl qələbə gününü bayram edəcəyik”.

Həmin an rejissorlar efirə müdaxilə edib və aparıcısının səsi eşidilməyib. L.Azərtaş isə etdiyi səhvə izah vermədən çıxışına davam edib.