“Qafqazinfo”nun buro247.az-a istinadən məlumatına görə, dizayner Gülşən Tağının “Black in White” adlanan yeni kolleksiyası təqdim olunub. Moda marafonunda qotik və klassik formalı axşam libasları təqdim edən Gülşən Tağı brendinin nümayişi maraqla qarşılanıb.
Gülşən Tağı əsas yeri parçaların kəsiminə və materialların bir-biri ilə simfoniyasına verib.
Qeyd edək ki, Gülşən ATV-nin keçmiş prezidenti Tağı İbrahimovun qızıdır.
Son xəbərlər
Son Xəbərlər