“Audi” aşdı, 3 nəfər yaralandı - Foto

audi-asdi-3-nefer-yaralandi
Oxunma sayı: 889

Bakının Səbail rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” “Report”a istinadən xəbər verir ki, Salyan şossesi ilə hərəkətdə olan "99-EE-114" dövlət qeydiyyat nişanlı "Audi" markalı avtomobilin sürücüsü idarəetməni itirərək yolayrıcındakı maneəyə çırpılıb. Zərbə o qədər güclü olub ki, avtomobil aşaraq yol kənarındakı ağaca da dəyib.

Yol Patrul Xidmətinin əməkdaşı polis çavuşu Səxavət Abdullayev qəza nəticəsində 3 nəfər xəsarət aldığınə bildirib.

Xəsarət alan sərnişinlər - 1981-ci il təvəllüdlü Muradova Leyla Ağakərim qızı və 1981-ci il təvəllüdlü Əliyev Firdovsi Asif oğlu xəstəxanaya yerləşdirilib. Sürücüyə (hələlik adı açıqlanmır) isə hadisə yerində ilkin tibbi yardım göstərilib.

Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsində araşdırma aparılır.